Varikosel - damar genişlənməsi, xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və sele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur.
Varikosel daha çox gənc insanlarda rast gəlinir və bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosel cinsi əlaqə zamanı ağrılar, cinsi fəaliyyətin və reproduktiv (nəsil artırma) funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir.
Səbəbləri:
Statistika:
Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 25-30%-de, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Amerikada hərbi xidmətə gedənlərin 20%-də varikosel görülür. Ölkəmizdə ailələrin əksəriyyəti daha gənc yaşlarda qurulduğundan varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.
Varikoselinin 3 dərəcəsi olur:
1-ci dərəcə - Xaya venaları palpasiya olunmur (əllənmir), onların genişlənməsini yalnız instrumental müayinə üsulları (USM, dopleroqrafiya) ilə müəyyənləşdirmək olur.
2-ci dərəcə - Xaya venaları ayaq üstündə dayanarkən palpasiya olunur, uzanmış vəziyyətdə palpasiya olunmur.
3-cü dərəcə - Genişlənmiş xaya venaları ayaq üstündə də, uzanmış vəziyyətdə də palpasiya olunur. Xaya və toxum ciyəsi venaları vizual olaraq müəyyənləşdirilir.
Varikosel (damar genişlənməsi) diaqnozunun qoyulmasında ultrasəs müayinəsinin də əhəmiyyətli rolu var. Ultrasəs müayinəsi zamanı xayanın vəziyyəti və ölçüsü təyin edilə bilər. Əsasən Doppler vasitəsilə Valsava sınağı etməklə xaya və toxum ciyəsi venalarında axın və axın sürəti, eləcə də venalarda reflüksun (geriyə axının) olub olmaması daha dəqiq təyin edilə bilər.
Diaqnostik tədbirlərdən biri də skrotal (xayalıq) hərarətin ölçülməsidir. Varikosel (damar genişlənməsi) zamanı xayalıq üzərində hərarət yüksəlmiş olur.
Varikosel (damar genişlənməsi) nə zaman müalicə olunmalıdır sualına cavab vermək çox çətindir. Xayaların ölçüsündə kiçilmə yoxdursa, xəstə uşaqdırsa varikoselin dərhal cərrahi əməliyyat edilməsinə ehtiyac yoxdur. Bu hallarda gözləmə və xəstələrin 6 aydan bir ultrasonoqrafik müayinədən keçməsi tövsiyyə oluna bilər. İnkişafının ilkin mərhələsində olan varikosel (damar genişlənməsi) spontan geriyə qayıda bilər.
Varikoselin müalicəsi o zaman vacibdir ki, o artıq narahatçılıq törədir. Bununla yanaşı, uşaq və yeniyetmələrdə varikosel xayanın inkişafını tomamozlayarsa onun müalicə edilməsi qərarı verilə bilər. Varikoselin müalicəsi uşaq və yeniyetmələrdə bir qayda olaraq xayanın həcminin artmasına gətirib çıxarır.
Varikoselin müalicəsi sonsuzluq hallarında da seçim ola bilər. Bu hallarda spermanın keyfiyyətində yaxşılaşma baş verə bilər. Amma aparılan tədqiqatlar belə bir müalicənin hamiləlik şansnı artıra bilməsini təsdiq edə bilmir. Eyakularda spermanın təyin olunmadığı hallarda varikoselnin müalicə olunmasının elə bir effekti olmur.
Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.
Qeyd*
Kimdəsə varikosel xəstəliyi aşkar olunursa, heç də vahiməyə düşüb hay-küy salmaq lazım deyil. Hal-hazırda əksər həkimlər belə hesab edirlər ki, varikosel xəstəliyi yalnız sonsuzluğun əsas səbəbi olduqda, xayanın ölçüsi kiçilməyə başladıqda və ya spermoqrammada pozğunluqlar baş verdiyi hallarda müalicə etmək lazımdır. Bu zaman diqqət yetirilmədən, heç bir müalicə aparılmır. Əslində isə belə xəstələr ildə 1 dəfə olmaqla, həkim uroloq-androloqun baxışından, spermoqrammanın müayinəsi və USM-dən keçməlidirlər.
Varikoselin mikrocərrahi müalicəsinin üstünlükləri:
Son illlərdə mikrocərrahiyə varikoselin ən səmərəli,təhlükəsiz və maksimal ağrisiz müalicə metodu olaraq dünyanın inkişaf etmiş ölkələrində qızıl standart olaraq tətbiq edilməkdədir.Əməliyatin üstün cəhəti əməliyyat müddətinin qısa olması, əməliyyat sahesinin cox kicik olmasi(2 sm), residiv (yenidən yaranma) riskinin 1%-a dək olması (digər üsullarla müalicə zamanı residiv 17-20%-dir) hospitalizasiyaya ehtiyac olmamasi və xəstələrin çox qısa vaxt ərzində öz işlərinə dönmələridir.Pasient əməliyatdan sonra klinikani elə həmin gün tərk edə bilir.
Pasient varikosel əməliyatına gedərkən anlayır ki,əməliyat kişi sonsuzluğunu müalicə etməyə komeklik edecək. Alimlər sübut ediblər ki,əksər hallarda varikoselin mikrocərrahi müalicəsi spermanın mayalanma qabiliyyətini bərpa edir.Varikoselin müalicəsindən sonra bütün funksiyaların tam bərpa olunması təxminən 3-6 ay ərzində baş verir.
Əgər siz varikoselin mikrocərrahi müalicəsini düşünürsinizsə saytın əlaqə bölməsindən istifadə etməniz tövsiyyə olunur.
"Varikoselin mikrocərrahi müalicəsi ən səmərəli, təhlükəsiz və maksimal ağrisiz müalicə metodudur"
"Varikosel cərrahisinin texniki tərəfdən ən uğurlu və təkrarlanma ehtimalı ən az olan mualicesi mikrocərrahiyedir"
"Vaxtında müalicə olunmadığı halllarda prostat vəzinin adenoması bir sıra çox ağır fəsadlara səbəb olur"
"Bütün sonsuzluqların təxmini olaraq 40-50 %-i kişilərdən qaynaqlanmaqdadır"
|
Funda Hospital. Bakı ş. Nərimanov r-nu, İsmayıl Hidayətzadə küç.163 (Montin). |
|
(+994 12) 555 44 30 (+994 50) 555 20 30 |
|
info%drseymur#az |